Mütəxəssis: “Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlər yaradılacaq”

“Təhlükəli hadisələrlə fəlakətlər arasında fərqlər var. Təhlükəli hadisələr həmişə təbiətdən gəlir. Fəlakətlər isə hansısa təhlükəli hadisə nəticəsində qeydə alınan itkilərdir. İndiki halda intensiv yağıntıların fəsadlarını qismən fəlakət hesab edə bilərik. Çox ciddi itkilər olmasa da, bəzi vətəndaşların yaşayış tərzi pozuldu, evlər su altında qaldı”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.

O bildirib ki, son dövrlərdə ölkə ərazisində təhlükəli hadisələr çoxalıb. Respublikada düşən yağıntılar martda normanın 5, aprelin ilk günlərində isə 3 misli qədər olub. Bu isə kifayət qədər təhlükəli hadisədir:

”Bakı şəhərində bu cür yağıntılar çox nadir hallarda qeydə alınır. Hidrometeoroloji müşahidələr tarixinə baxsaq, 50-60, bəlkə də 100 ildə bu cür intensiv və uzunmüddətli yağışların qeydə alındığının şahidi olarıq”.

Rövşən Abbasov qeyd edib ki, intensiz yağışlar zamanı müəyyən fəsadların olması təbiidir.

”Digər ölkələrdə də bu cür yağışlar ziyanla nəticələnib”, - deyə o vurğulayıb.

İctimai şuranın üzvü diqqətə çatdırıb ki, Bakı şəhərində tullantı sularının, su təchizatının, yağış sularının idarəolunmasının yaxşılaşdırılmasına dair xüsusi proqram var.

Həmin proqrama əsasən, Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlərin yaradılması nəzərdə tutulub:

“Təklif olunan mexanizmlərə görə, ilk növbədə yağış sularının bir hissəsi yaxın ərazilərdə kanalizasiya sularına qarışmadan Xəzər dənizinə, bir hissəsi isə Bakı və Abşeron yarımadasındakı göllərə istiqamətləndirilə, mümkün olan yerlərdə isə su anbarlarında istifadə edilə bilər. Həmin sular vasitəsilə bağ və parkların suvarılması imkanları nəzərdən keçiriləcək. Kanalizasiya sularının, kollektor-drenaj şəbəkələrinin suburaxma qabiliyyətinin artırılması da bu tədbirlər planındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO