Yevlaxda rəisin sürücüsü qəza törətdi - 9 yaşlı oğlan iflic oldu - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib.

Bizim.Media xəbər verir ki, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakini 2017-ci il təvəllüdlü R.Abbasovu vurub.

R.Abbasovun atası Asim Abbasov bildirib ki, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb:

"Hadisə ötən il oktyabrın 10-da baş verib. Videogörüntülərdən də hadisənin sürücünün qayda pozuntusu törətməsi nəticəsində baş verdiyi görünür. Qəzanın görüntüləri mövcuddur. Hadisədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın gedişi məni ciddi narahat edir. Faktla bağlı cinayət işi başlanılmayıb".

A.Abbasov bildirir ki, oğlu hazırda iflic vəziyyətdədir:

"Hazırda övladım birtərəfli iflic vəziyyətindədir, uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Maddi və mənəvi vəziyyətimiz çox ağırdır.

Hadisəni törədən Elçin Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsüdür. Övladımın müalicəsinə görə 15 min manat borcum yaranıb, amma buna baxmayaraq, övladımın vəziyyəti ağır olaraq qalır".
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, mayor Aslan Qiyaslı bildirib ki, ötən ilin oktyabrın 23-də Yevlax şəhəri ərazisində sürücü Elçin Heydərovun idarə etdiyi "Land Rover" markalı avtomobilin velosipedlə hərəkət edən 9 yaşlı R.Abbasovu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb:


"Hadisə nəticəsində azyaşlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya hüquqi qiymət verilməsi məqsədilə təyin edilmiş avtotexniki ekspertizanın yekun rəyi zərərçəkmiş tərəfi narazı saldığından, 18 mart 2026-cı il tarixdə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunub. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı hazırda Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir". (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı bürcün kişiləri XƏSİS olur?

Hansı bürcün kişiləri XƏSİS olur?

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

End of content

No more pages to load

RADİO