Bir neçə gün əvvəl paytaxt restoranlarının birində dostlarını ətrafına yığaraq doğum gününü qeyd edən müğənni Günay İbrahimli yeni yaşında ailə qurmasını arzulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Söz baz" proqramına müsahibəsində danışıb. O, illər ərzində həyata keçən istəklərindən də söz açıb:
"Arzular sonsuzdur, heç vaxt bitmir. Aralarında gerçəkləşənləri oldu. Altı ildir butik açmaq arzusunda idim, onu da etdim. Səmimi etiraf edirəm ki, 31 yaşımda gözəl ailəmin olmasını istəyirəm".
Bizim.Media