Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin isinməsi fonunda Körfəz ölkəsində Türkiyə serialları yenidən ekranlara çıxıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə jurnalist Turqut Alp Boyraz məlumat yayıb.
“Türkiyə serialları yenidən BƏƏ-nin kanallarında yer alıb. Münasibətlərin gərgin olduğu dövrdə BƏƏ telekanalları Türkiyə seriallarını göstərmirdi”, - jurnalist qeyd edib.
Bildirilib ki, iki ölkə arasındakı siyasi gərginliyin dövründə BƏƏ-də Türkiyə seriallarına qoyulan yasaq ötən ilin noyabr ayında ləğv edilib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə ikigünlük rəsmi səfəri başlayıb. Dövlət başçısı səfər çərçivəsində Abu-Dabi və Dubay əmirləri və digər rəsmi şəxslərlə görüşüb.
Bizim.Media