Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Azərbaycanda bəzi kateqoriya vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni təşəbbüs irəli sürülüb.

Bizim.Media xəbər verir ki, təklifə əsasən, ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərə işə qəbul zamanı tələb olunan sağlamlıq haqqında arayışın rüsum ödənilmədən verilməsi nəzərdə tutulur. Bu məsələ Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb və bununla bağlı müvafiq tədbirlərin görülməsi təklif edilib.
 

Məlum olduğu kimi, hazırda işə qəbul prosesində təqdim olunan sağlamlıq haqqında arayış profilaktik tibbi müayinə xarakteri daşıdığı üçün ödənişli hesab olunur və icbari tibbi sığorta paketinə daxil deyil. Bu arayışların verilməsi zamanı terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq və stomatoloq kimi ixtisaslı həkimlərin müayinələri, həmçinin flüoroqrafiya və qanın ümumi analizi aparılır. Tariflər isə tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental və laborator müayinələrin həcmi, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən edilir.


Lakin ilk dəfə iş həyatına başlayan şəxslər üçün bu arayışın ödənişli olması müəyyən hallarda əlavə maliyyə yükü yaradır. Bu baxımdan, sağlamlıq arayışının rüsum ödənilmədən verilməsi təşəbbüsü xüsusilə gənclərin əmək bazarına çıxışının asanlaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Bu barədə həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib:

"Bu günə qədər, təxminən bir ildən artıq müddətdə poliklinikalarda sağlamlıq arayışı ödənişli tibbi müayinə əsasında verilirdi və bunun üçün 41 manat ödəniş tələb olunurdu. Bu səbəbdən əhali arasında müəyyən narazılıqlar yaranırdı. İnsanlar hesab edirdilər ki, icbari tibbi sığorta olduğu halda müayinələrin yenidən ödənişli olması düzgün deyil. Məhz bu narazılıqları nəzərə alaraq qərarın dəyişdirilməsi və sağlamlıq arayışlarının icbari tibbi sığorta hesabına verilməsi əhali arasında kifayət qədər müsbət rəy formalaşdıra bilər".

ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də məsələyə münasibət bildirib: "Bu ilk əmək fəaliyyətinə başlayan gənclərə, ilk dəfə işə müraciət edən insanlara aiddir. Onlardan arayışla bağlı heç bir ödəniş alınmayacaqsa bu çox yaxşıdır. İlk müraciətdə rüsum alınmaması ən azından məntiqli qərardır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

End of content

No more pages to load

RADİO