"Humanitar fəaliyyət yalnız emosional reaksiyalar üzərində qurula bilməz" — Emil Seyidəliyev ilə müsahibə

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 106 ili tamam olur. Demokrat.az uzun illər bu təşkilatda fəaliyyət göstərən, vətəndaş cəmiyyəti və humanitar sahə üzrə tanınmış ekspert Emil Seyidəliyev ilə söhbət edib. Müsahibədə Emil bəy Qızıl Ayparanın tarixi, cəmiyyətimizdəki rolu, humanitar fəaliyyətin prinsipləri və öz publisistik fəaliyyətinə dair düşüncələrini bölüşüb.

Bizim.Media Azərbaycan Qızıl Aypara Cəmiyyətində uzun illərdir fəaliyyət göstərən, qeyri-hökumət təşkilatları üzrə ekspert Emil Seyidəliyev ilə müsahibəni təqdim edir:

- Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 106 ili tamam olur. Bu tarix sizin üçün nə ifadə edir?

- Düşünürəm ki, 106 il sadəcə bir təşkilatın yaşı kimi qiymətləndirilməməlidir. Bu tarix Azərbaycan cəmiyyətində humanizm ideyasının necə yaşadığını və nəsildən nəsilə ötürüldüyünü göstərir. Qızıl Aypara hər zaman insanların çətin günündə onların yanında olmağa çalışıb. Müxtəlif dövrlərdə ölkəmizin üzləşdiyi humanitar çağırışlar zamanı bu təşkilatın fəaliyyəti cəmiyyətin sosial həmrəyliyinin və mərhəmət duyğusunun real təzahürünə çevrilib. Hesab edirəm ki, Qızıl Ayparanın tarixi əslində mərhəmət və insanlıq dəyərlərinin tarixidir.

- Siz uzun illərdir bu təşkilatın daxilində çalışırsınız. Qızıl Aypara ilə yolunuz necə başlayıb?

- Mənim bu təşkilatla yolum 2012-ci ildə başladı. Fəaliyyətə Cəmiyyətin Nərimanov rayon bölməsində "koordinator" kimi başladım. Bu illər ərzində müxtəlif mərhələlərdən keçərək təşkilatın müxtəlif istiqamətlərində fəaliyyət göstərmək imkanı qazandım. Bu proses mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də mənəvi bir məktəb oldu. Çünki humanitar fəaliyyət insanın yalnız biliklərini deyil, həm də vicdanını və məsuliyyət hissini formalaşdırır.


- Siz QHT sahəsi üzrə ekspert kimi də tanınırsınız. Azərbaycanda vətəndaş cəmiyyəti baxımından Qızıl Ayparanın rolunu necə qiymətləndirirsiniz?


- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına baxdıqda görürük ki, bəzi təşkilatlar var ki, onların fəaliyyəti yalnız layihələrlə deyil, tarixi missiya ilə ölçülür. Qızıl Aypara belə təşkilatlardandır. Bu qurum humanitar fəaliyyət sahəsində institusional yanaşmanın formalaşmasına töhfə verib. Könüllülük hərəkatının inkişafı, sosial məsuliyyət düşüncəsinin təşviqi və cəmiyyətin həssas təbəqələrinə dəstək kimi fəaliyyət istiqamətləri Qızıl Ayparanı QHT sektorunda fərqləndirən əsas amillərdəndir.

- Humanitar fəaliyyət sahəsində ən vacib prinsip sizcə nədir?

Humanitar fəaliyyət yalnız emosional reaksiyalar üzərində qurula bilməz. Bu sahədə sistemli düşüncə, peşəkar idarəetmə və uzunmüddətli yanaşma çox vacibdir. İnsanlara yardım etmək təkcə niyyət məsələsi deyil. Bu, eyni zamanda ciddi məsuliyyət və peşəkarlıq tələb edən bir sahədir. Qızıl Ayparanın fəaliyyətində bu yanaşmanı aydın şəkildə görmək mümkündür.

- Uzun illərdir publisistika ilə də məşğulsunuz. Bu fəaliyyətiniz necə başladı?

- Mənim publisistik fəaliyyətim 2010-cu ildən başlayır. O vaxtdan etibarən müxtəlif qəzetlərdə və xəbər portallarında sosial məsələlər, vətəndaş cəmiyyəti, humanitar fəaliyyət və ictimai düşüncə ilə bağlı yazılarla çıxış edirəm. Mən publisistikanı cəmiyyətlə dialoq vasitəsi kimi görürəm. Bəzən bir fikir, bir məqalə insanları müəyyən məsələlər barədə daha dərindən düşünməyə sövq edə bilir.

- Siz həm də bir neçə kitabın müəllifisiniz. Oxucular üçün kitablarınız barədə qısa məlumat verə bilərsiniz?

- Bu günə qədər üç kitabım nəşr olunub. Bunlardan biri “Vəfalı dərdim”, digəri “XX əsrin əvvəllərində qeyri-hökumət təşkilatları”, üçüncüsü isə “Qızıl Aypara Tarixin qızıl səhifələrində” adlanır. Bu kitabların hər birində əsas diqqət insan və cəmiyyət münasibətlərinə, humanizm ideyasına və tarixi proseslərə yönəlib. Mən çalışmışam ki, oxucular bu mövzulara həm tarixi, həm də mənəvi baxımdan yanaşa bilsinlər.

- Bu gün 106 illik yubiley münasibətilə Qızıl Aypara ailəsinə nə demək istərdiniz?

- Mən hesab edirəm ki, Qızıl Ayparanın ən böyük gücü onun strukturu deyil, onu yaşadan insanlardır. Bu təşkilatın tarixində minlərlə insanın əməyinin, vicdanının və mərhəmətinin izi var. Bu gün də həmin ideya yaşayır. İnanıram ki, humanizm və insanlıq dəyərləri bundan sonra da Azərbaycan cəmiyyətində öz yerini qoruyacaq və Qızıl Aypara bu missiyanı davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekrana qayıdır

Məşhur türk serialı ekrana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

End of content

No more pages to load

RADİO