Xalq artisti Sərxan Sərxan Andrey Malaxovun "Привет, Андрей!" şousunun qonağı olub.
Bizim.Media xəbər verir ki, "Россия 1" kanalında yayımlanan proqramda müğənni sovet dövrünün məşhur vokal instumental ansamblı "Красные маки"nin solistləri ilə birlikdə yer alıb.
30 ilə yaxındır görüşmədiklərini bildirən S.Sərxan Andrey Malaxova onları bir araya gətirdiyi üçün təşəkkür edib. O, hər kəsə Azərbaycandan salamlar çatdırıb.
S.Sərxan məşhur "Кружатся диски" mahnısını səsləndirib.
Bizim.Media