XİN-dən Yaxın Şərq regionunda olan soydaşlarımızın təxliyəsi ilə bağlı AÇIQLAMA

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualını cavablandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 

XİN rəsmisi Yaxın Şərqdə davam etməkdə olan gərgin hərbi vəziyyət nəzərə alınaraq, bölgədə qalan Azərbaycan vətəndaşlarının vəziyyəti və onların təxliyəsi istiqamətində atılan addımlar barədə son məlumatları bölüşüb.


Bildirilib ki, hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsi istiqamətində tədbirlər görülür:

“İndiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.
Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyə olunub.

Bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.
 

Bununla yanaşı, hal-hazırda Qətərdə olan 200 nəfər vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.


Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur.

İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO