3 illik analıq MƏZUNİYYƏTİ - Niyə kağız üzərində qalır?

Ana südü qədər ana qayğısı da körpə üçün vacibdir. Məhz bu səbəbdən dövlətimiz analıq məzuniyyəti müəyyən edib. Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir - doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü. Qanunvericiliyə görə məzuniyyət günləri arta bilir. Bu müddətdə anaya müəyyən müavinət ödənilir.

Qadınlar üçün analıq məzuniyyətinin tam müddəti isə 3 ildir. Lakin 3 illik analıq məzuniyyəti ödənişsizdir. Bununla belə 3 il analıq məzuniyyətinə çıxan qadınların iş yeri bir qayda olaraq saxlanılır.

Lakin son zamanlar sosial-iqtisadi həyatımızda baş verənlər analıq məzuniyyətinin müddətini qısaldıb. Artıq qadınlar daha əvvəlki kimi uzun müddət uşağına baxmır, işə dönüb karyerasını davam etdirir.

Bəs, gənc qadınlar analıq məzuniyyətindən niyə tam istifadə etmirlər?

Aparılan araşdırmalar göstərir ki, qadınları işə tez qayıtmağa məcbur edən bir neçə faktor var. İlk növbədə bu karyeranın pozulması qorxusudur. Digər səbəb maddi ehtiyacdır. Çünki insanların real gəlirləri çox zaman onların zəruri ehtiyaclarını ödəmir. Ona görə də qadınlar da daha çox işləmək məcburiyyətində qalırlar.

Bütün bu səbəblər ənənəvi “dekret” anlayışını yaddaşlardan silib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, sosial məzuniyyət iki hissədən ibarətdir:

“Biri doğuşa və hamiləliyə görədir. Burada ödəniş yüksəkdir. Yəni orta aylıq əməkhaqqının 100 faizi ödənilir. Bundan əlavə, qismən ödənişli - 3 illik məzuniyyət də var. O da hər biri il yarım olmaqla iki hissədən ibarətdir. Bu məzuniyyətdə çox cüzi ödəniş var.
 

Təsadüfi deyil ki, qadınların çoxu uzunmüddətli analıq məzuniyyətindən istifadə etmirlər. Qeyd edim ki, uzunmüddətli məzuniyyətdən digər ailə üzvü də istifadə edə bilər. Məsələn, qadının əməkhaqqı yüksəkdir, kişinin isə maaşı aşağıdır. Bu zaman kişi atalıq məzuniyyətindən istifadə edə bilər. Hətta evdə yaşayan nənə-baba da bu məzuniyyətdən yararlana bilər.
 


Uzunmüddətli analıq məzuniyyətindən istifadə etməməyin bir sıra səbəbləri var. İlk növbədə səbəb dövlət tərəfindən verilən ödənişin az olmasıdır. İkinci səbəb qadının uzun müddət evdə oturmasına görə peşə vərdişini itirmək qorxusudur. 3 il evdə oturduqdan sonra karyera pilləsində uğurla mübarizə aparmaq qadınlar üçün çox çətin olur. Təbii ki, analıq məzuniyyətdən imtina üçün digər səbəblər də var”

Sosioloq Elçin Bayramlı isə deyib ki, bəzi qadınlar işi daha üstün tutur:

“Yaxud işdə ona daha çox ehtiyac olduğu üçün tez geri dönür. Təəssüf ki, bəzi qadınlar sosiallaşmaq eşqi ilə işi övladından daha üstün tutur. Lakin heç bir zərurət analıq vəzifəsindən yuxarıda dayanmır. Ana ən azı 3-4 ay körpəsiylə olmalı, onu sağlam qidalandırmalı və normal böyütməlidir. Təsadüfi deyil ki, dövlətimiz də analıq məzuniyyəti təsis edib. Qanuna görə hər bir ana doğuşa qədər və doğuşdan sonra ən azı 126 gün övladının qayğılarıyla yaşamalıdır.

Əgər hansısa iş yeri ananın daha tez iş başına qayıtmasını tələb edərsə, o zaman müvafiq dövlət orqanlarına müraciət etmək olar. Həmin müəssisənin rəhbərliyi qanun qarşısında cavab verə bilər. Çünki analıq vəzifəsindən vacib və müqəddəs heç nə yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

End of content

No more pages to load

RADİO