Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətləri müzakirə olundu

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub.

Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.

N.Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb. Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir.
 

Münasibətlərin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanıb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.


Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb.

Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını, Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

End of content

No more pages to load

RADİO