Məşhur aktrisa-model Meqan Foks və aktyor Brayan Qrin 2020-ci ildə ayrıldıqlarını elan etmişdilər.
Bizim.Media xəbər verir ki, aralarında yaranan soyuqluğa görə məhkəməyə müraciət edən cütlük iki ildən sonra rəsmi şəkildə boşanıb.
Qeyd edək ki, Meqan Foks və aktyor Brayan Qrin 2004-cü ildə tanış olub, 2010-ci ildə isə ailə həyatı qurub. Onların bu evlilikdən 3 uşağı dünyaya gəlib.
Aktrisa hazırda repçi Kolson Beykerlə münasibətdədir. Repçi bu ilin əvvəlində ona evlilik təklifi edib. (Axşam.az)
Bizim.Media