Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb - VİDEO

Paytaxtın Xətai rayonunda magistral su xəttində baş verən qəza ilə əlaqədar vətəndaşlar sosial şəbəkədə video paylaşıb. Sakinlər iddia edir ki, su borusunun çürüməsi partlamasına səbəb olub və nəticədə evin altını yuyub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Rəşid Bağırov küçəsi 36 ünvanında qeydə alınıb.

Məlumata görə, sözügedən ərazidə üzərində fərdi yaşayış evi inşa olunan sahədən keçən diametri 500 mm olan magistral su xəttinə ziyan dəyib və nəticədə qəza yaranıb.
 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-a bildirilib ki, qəzanın aradan qaldırılması və yeni su xəttinin çəkilərək şəbəkənin təhlükəsiz şəkildə bərpası məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən işlərlə əlaqədar 20 fevral tarixinədək UPD və NZS qəsəbələrinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.


Məlumatda qeyd edilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evi tikilib.

İstismarda olan hər iki şəbəkənin üzərində inşa edilən tikililinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində qəza baş verib. Həmçinin yaşayış evinin altından keçən kanalizasiya xətti isə daha dərində yerləşir.

Ehtimal olunur ki, yüklənmə nəticəsində öncə kanalizasiya kollektoru sıradan çıxıb, daha sonra su xəttinin zədələnməsinə də səbəb olub. Daha dəqiq nəticə dərinlikdə yerləşən kollektorun vəziyyətinin tam araşdırılmasından sonra məlum olacaq.
 

Xüsusilə diqqətə çatdıraq ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.


Baş verən vəziyyətlə əlaqədar hazırda içməli su xəttinin yeni xətlə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri icra olunur. Görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

İllər sonra bir araya gəldilər - FOTOLAR

İllər sonra bir araya gəldilər - FOTOLAR

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Vadji “Turan Tovuz”da qaldı

Vadji “Turan Tovuz”da qaldı

Kadır İnanırın videosu viral oldu - VİDEO

Kadır İnanırın videosu viral oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

End of content

No more pages to load

RADİO