Paşinyandan Xameneiyə TƏBRİK MƏKTUBU: “Dost ölkə ilə qarşılıqlı hörmətə…” 

0:00
0:00

Ermənistan baş naziri Nikol Paşinyan İranın mənəvi lideri Əli Xamenei və prezident İbrahim Rəisini İslam İnqilabının 43-cü ildönümü münasibətilə təbrik edib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyanın Ayətullah Xameneiyə mesajında deyilir: 

“Ermənistan qonşu və dost ölkə ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın ardıcıl inkişafına xüsusi önəm verir”. 

Paşinyan xatırladıb ki, bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Hökumət başçısı əmindir ki, münasibətlərin etimad xarakteri bundan sonra da iki dövlətin inkişafına və rifahına töhfə verəcəkdir. 

İran İslam Respublikasının prezidentinə ünvanlanan təbrikdə qeyd olunur ki, Ermənistan qonşu, dost dövlətlə əlaqələrin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir.

Baş nazirin sözlərinə görə, ötən 30 il müxtəlif nailiyyətlər və əməkdaşlıq perspektivlərinin genişlənməsi ilə yadda qalıb. 

“Ermənistan və İranın regionda sülh və sabitliyin bərqərar edilməsi tapşırığına əhəmiyyət verərək, sizə ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün Ermənistana səfər etmək dəvətini bir daha təkrar edirəm”, - deyə məktubda bildirilir. 

Ermənistan Baş naziri əmindir ki, birgə səylərlə dövlətlərarası münasibətləri dərinləşdirmək mümkün olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

Alkoqollu içkinin AZI OLMUR

Alkoqollu içkinin AZI OLMUR

Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın olub - VİDEO

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Mbappenin durumu müəyyənləşdi

Mbappenin durumu müəyyənləşdi

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

End of content

No more pages to load

RADİO