"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci sevgi olub. Sonra bu sevgidən məşhurluq yaranıb. Bu, məsuliyyətə səbəb olub. Bu da qazancımın yaranmasına gətirib çıxarıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Həftənin qonaşı" verilişində deyib.

O, hazırda komandası ilə birgə toy məclislərinə 50 min manat qarşılığında getdiyini açıqlayıb:

"Əvvəl demişəm ki, 5 nəfərlə imkan olsaydı, gedib çörək qazanardım. İlk dəfə toya gedəndə ev yiyəsi nağaralarımızı təpikləmişdi. Demişdi ki, "5 ədəd nağara nədir, bir dənə ola". Bəy də qayıtdı ki, "Ata, bu başqa şeydir".

Çıxdım oradan, kövrəldim. Bəy dedi ki, "Sizi görmüşəm, xoşum gəlib, qayıdıb çalın". Biz başlayanda atası dedi ki, "Əgər burada mənə xoşagəlməyən nəsə olsa, bunları buradan başqa vəziyyətdə çıxaracağam". Biz çıxış edəndən sonra ev yiyəsi gəlib dedi ki, "İkinci dəfə də çalın".

O, mənə çıxanda 50 manat yox, 50 dollar verdi. Bu gün həmin 50 dollar 50 min manat olub.
Mən 100-200 minlik müqavilələrə qol çəkmişəm".

N.Şirinov bildirib ki, bu məbləğə məclisdə Xalq artisti Alim Qasımovun çıxışı da daxildir:

"Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir.

Nağaranı böyük biznesə gətirdim. Bu gün bütün toyların açılışında, istər oxuyan olsun, istər nağara, zurna çalan ilk Natiqin qoyduğu ideyanın sayəsindədir. Təbii ki, hər kəsin öz zəhməti də var. Bunun dərininə getsək, mən Avropa və ya Amerikada yaşasaydım, hamı mənə patent verməli idi. Toyların açılışı, aş mərasimi, yallı, tortun gəlməsi, gəlinin götürülmə mərasimi. Əvvəllər bu qara zurna və kos olardı, ya da klarnet-nağara. Bu gün isə 10-15 nağara olur.

Görün nə qədər insan çörək qazanır". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

End of content

No more pages to load

RADİO