Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu dəfə təlim “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusuna həsr olunub.

Təlim çərçivəsində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “necə yazılırsa, elə də oxunmalıdır” fikrinin doğru yanaşma olmadığını bildirib. Onun sözlərinə görə, yazılı və şifahi nitq arasında fərq var və efir dili xüsusi qaydalarla tənzimlənməlidir.

Qulu Məhərrəmli onu da vurğulayıb ki, televiziya dili şifahi nitqin publisistik qoludur və bu dil normaya salınmalıdır. Xəbərlər redaktə olunmalı, artıq hissələr çıxarılmalı və mətn müəyyən qaydalara uyğunlaşdırılmalıdır.

Təlim zamanı televiziya nitqinin aydın və yığcam olması, mövzuya fokuslanmağın vacib olduğu bildirilib. Qulu Məhərrəmli onu da qeyd edib ki, nitqdə təbiilik qorunmalı, dilə yatmayan sözlərdən istifadə edilməməlidir.

Təlimdə MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan dilinin ən çox ədəbiyyat və jurnalistika sahəsində ədəbi dilin yazılı formasında istifadə edildiyini bildirib. Onun sözlərinə görə, dilin yaşaması və mövcudluğunu qoruması üçün bu iki sahə vacibdir. Natiq Məmmədli onu da vurğulayıb ki, Azərbaycan publisistikasının zəngin ənənələri var və jurnalistika bu ənənələrin ifadə olunması üçün əsas vasitələrdən biridir. Məruzəçi xatırladıb ki, Mirzə Fətəli Axundzadədən Həsən bəy Zərdabiyə qədər, həmçinin Cümhuriyyət dövrü ziyalıları məqalələr yazaraq dilin mövcudluğunu qoruyublar.

Natiq Məmmədli ədəbi dilin formaları haqqında da danışıb. O qeyd edib ki, dilin şifahi forması mühazirələrdə, məruzələrdə, radio və televiziya dilində, həmçinin bədii-publisistik nitqdə istifadə edilməlidir. Yazılı formada isə mürəkkəb sintaksis və fikrin bütün incəliklərinin ifadəsi vacibdir.

Daha sonra o, bədii publisistikanın janrları barədə məlumat verib. Natiq Məmmədli qeyd edib ki, bu janrlara oçerk, felyeton, esse, epistolyar mətn daxildir, hər biri özünəməxsus üslub xüsusiyyətlərinə malikdir və jurnalistlər bu janrları bilməli, onları düzgün tətbiq etməyi öyrənməlidirlər.

Təlimdə Əməkdar mədəniyyət işçisi, nitq mədəniyyəti üzrə mütəxəssis Aygül Qaradağlı isə “Nitqdə olan qüsurların aradan qaldırılması: praktik iş” mövzusunda çıxış edib. O bildirib ki, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməli və onu qorumalıdır. Ana dili xalqın varlığını yaşadan əsas amillərdəndir və milli mənsubiyyətin qorunması hər bir vətəndaşın ali vəzifəsidir.

Çıxışı zamanı dilimizin tarixi inkişaf mərhələlərinə toxunan mütəxəssis aparıcılar və media nümayəndələri üçün nitq mədəniyyətinin vacibliyini ön plana çəkərək nitq mədəniyyətimizin açar sözü olmasını bildirib.

Bu fikri əsaslandırmaq üçün Məhəmməd Füzulinin “Söz” rədifli qəzəlindən misralar səsləndirilib.

O da qeyd olunub ki, insan danışarkən məhz sözünə görə dəyərləndirilir və söz büllur kimi saf,
aydın və təsirli olmalıdır.
 

Təlim boyunca nitq mədəniyyətinin əsas prinsipləri-texnika, məntiqi vurğu, intonasiya, jest və mimikaların düzgün istifadəsi haqqında ətraflı məlumat verilib. Aygül Qaradağlı onu da bildirib ki, natiqlik prosesində intonasiya əsas şərtlərdən biridir. Kobud və monoton danışıq dinləyicini yorur, mimika və jestlərin isə mövzuya uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Nitq pauzalarının yerində istifadəsi çıxışa ahəng və gözəllik qatır.


Aygül Qaradağlı əlavə edib ki, düzgün və təsirli danışıq üçün nəfəsalmanın düzgün idarə olunması vacibdir. Təlimdə praktik olaraq nəfəsalma texnikaları nümayiş etdirilib. Ağız aparatının, xüsusilə, alt çənənin aktiv və sərbəst işləməsinin əhəmiyyəti qeyd olunub. Bunun üçün xüsusi məşqlər tövsiyə edilib.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

End of content

No more pages to load

RADİO