Bu şəxslərin pensiyasına 300 faizlik əlavə EDİLİR

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

• xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

• xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;

• xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;

• hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

• 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;

• xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

• xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı

12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

• hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl

AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

• öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;

• 75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

• müharibə əlillərinə və iştirakçılarına:

- I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,

- II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,

- III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər)

• döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.
 

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

End of content

No more pages to load

RADİO