Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Fevralın 11-dən etibarən Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə sonuncu müraciətlərin qəbuluna başlanır. Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
 

Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.



Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Ağalı" seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "E-polis" tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO