Gürcüstanın dövlət kanalı “İmedi”də ermənilərin əleyhinə videoçarx nümayiş olunub.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə gürcüşünas Asmik Meliksetyan öz Facebook səhifəsində yazıb.
“Fevralın 9-da “Xronika” verilişində aparıcılar maçun ixracına qadağa qoyulmasından danışıblar. Studiyada arxa fonda ermənicə “Qarabağ Azərbaycandır” və “Dolma da Azərbaycana məxsusdur” yazısı olub”, deyə o, qeyd edib.
“Artıq kanalın bununla bağlı hansısa izahat verəcəyi maraqlı deyil. Gürcüstanın iqtidaryönlü mediasında bu, elə-belə edilmir”. Meliksetyan yekunlaşdırıb.
Bizim.Media