Türkiyədə boşanan məşhurlar sırasına Əmrah da qoşulub.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sənətçi 2014-cü ildə dünya evinə girdiyi Sibel Erdoğandan rəsmi şəkildə ayrılıb.
Emrahla Sibel ötən il də ayrılmağa yaxın olsalar da, sonradan qərarlarını dəyişmişdilər.
Cütlüyün bu evlilikdən 2 övladı var. Emrahın Sibelə nə qədər aliment ödəyəcəyi barədə açıqlama verilməyib.
Bizim.Media