İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı dörddən üç nəfərə endirilib.

Belə ki, bir müddət əvvəl ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.

Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:

Başçının birinci müavini,

Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
 

Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.


Hazırda Mingəçevir şəhər icra başçısının müavinləri Məhluqə Cavadova (birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).

Şirvan şəhər icra başçısının isə birinci müavini hələ ki, yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
 

Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvan icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir, şöbə müdirinin müavini - sektor müdiri vəzifəsini icra edir.


Qeyd edək ki, paytaxt Bakının İcra Hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir.

Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO

Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

End of content

No more pages to load

RADİO