Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Yanvarın 25-i maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Bizim.Media xatırladır ki, ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda anadan olub.

Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilib.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilib.
 

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı, o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı buraxaraq neft işinə başlayıb.


Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıq quraşdırıb.

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülkiyyəti əlindən alınıb, milli kadrlar və ziyalılar təqib edilməyə başlanıb. Hər şey Rusiyanın maraqlarına yönəlib. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

2023-cü il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

End of content

No more pages to load

RADİO