DGK-da Azərbaycan Amerika Ticarət Palatasının prezidenti ilə görüş - FOTO

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatası və gömrük orqanları arasında əməkdaşlıqdan, səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib.

Vurğulanıb ki, Dövlət Gömrük Komitəsi ilə Palata üzvləri arasında mütəmadi şəkildə keçirilən görüşlər gömrük-bisnes əlaqələrinin, eyni zamanda, gömrük işinin təşkilinin inkişafına mühüm töhfə verir.

Komitə sədri tətbiq edilən yeniliklər hesabına istər fiskal sahədə, istər hüquqpozmalarla mübarizədə, istərsə də gömrük əməliyyatlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib və tətbiq edilən yeniliklərin xarici ticarət iştirakçılarına mühüm fayda verdiyini vurğulayıb.

Nuran Kərimov Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini deyib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimova gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO