Çempionlar Liqasında “Qarabağ”dan sensasiya, “Barselona” və “Liverpul”dan rekord göstəricilər

Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilən qarşılaşmalar bir sıra tarixi nəticələr və maraqlı statistik göstəricilərlə yadda qalıb.

Bizim.Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Praqada keçirilən görüşdə “Barselona” “Slaviya”nı 4:2 hesabı ilə məğlub edib. Kataloniya klubu bütün turnirlər nəzərə alınmaqla ardıcıl səkkizinci oyunu evdən kənarda keçirib ki, bu da klub tarixində yalnız bir dəfə – 2021-ci ilin yanvarında qeydə alınıb. “Barselona” bu mövsüm səkkizinci dəfə geridönüş edərək qalib gəlib.

Robert Levandovski isə avrokuboklar tarixində eyni oyunda həm qol, həm də avtoqol vuran ikinci “Barselona” futbolçusu olub. Polşalı hücumçu turnirdə 39-cu fərqli rəqibə qarşı qol vurub.

Bu göstəricidə yalnız Lionel Messi (40) onu qabaqlayır. Levandovski həmçinin İspaniya klubunun heyətində Çempionlar Liqasının ən yaşlı ikinci qolçusu olub (37 yaş 153 gün).

Marseldə “Liverpul” ev sahibini 3:0 hesabı ilə məğlub edib. “Marsel” Çempionlar Liqasında heç-heçəsiz oyunlar seriyasını 31 matça çatdırıb. “Liverpul” isə son 28 görüşdə heç vaxt bərabərliklə kifayətlənməyib. Vircil van Deyk turnirdə ardıcıl 36-cı oyununu heç-heçə olmadan keçirərək rekord müəyyənləşdirib. Məhəmməd Salah isə “Liverpul”un heyətində avrokuboklarda 88-ci matçına çıxıb.

İstanbulda “Qalatasaray” “Atletiko Madrid”lə 1:1 hesablı heç-heçə edib. Madrid təmsilçisi Çempionlar Liqasında 2023-cü ilin oktyabrından sonra ilk dəfə heç-heçə qeydə alıb.

Berqamoda “Atalanta” “Atletik”ya 2:3 hesabı ilə uduzub. Bilbao klubu avrokuboklar tarixində İtaliya komandalarına qarşı səfərdə ikinci qələbəsini qazanıb.

“Nyukasl” PSV-ni 3:0 hesabı ilə üstələyib. Antoni Qordon bu mövsüm Çempionlar Liqasında 6-cı qolunu vuraraq Alan Şirerə məxsus klub rekordunu təkrarlayıb.

“Çelsi” evdə “Pafos” üzərində 1:0 hesablı qələbə qazanıb. London klubu Çempionlar Liqasında son 15 ev oyununda məğlub olmayıb.

Münhendə “Bavariya” "Yunion"u 2:0 hesabı ilə məğlub edib. Harri Keyn avrokuboklar tarixində 70-dən çox qol vuran yeddinci futbolçu olub. Onun hesabında hazırda 71 qol var.

Bakıda keçirilən görüş isə tarixə düşüb. “Qarabağ” Almaniyanın “Ayntraxt” klubuna 3:2 hesabı ilə qalib gələrək avrokuboklar tarixində Avropanın aparıcı dörd liqasını təmsil edən komandalara qarşı ilk qələbəsini qazanıb. Ağdam klubu indiyədək bu səviyyədəki rəqiblərlə keçirdiyi 32 qarşılaşmada 6 heç-heçə etmiş, 26 dəfə məğlub olmuşdu. Həmin görüşdə fərqlənən Bəhlul Mustafazadə Çempionlar Liqası tarixində qol vuran ilk azərbaycanlı futbolçu olub.

Turun son görüşündə “Yuventus” “Benfika”nı 2:0 hesabı ilə məğlub edib. Veston Makkini 2020/2021-ci illər mövsümündən bəri Turin klubunun heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçulardan biri olub. Onun aktivində Duşan Vlahoviçlə eyni sayda – 9 qol var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

End of content

No more pages to load

RADİO