Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb"

Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki, ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.

Bəs bu cərimələrin taleyi necə olacaq? Vətəndaşlar onları ödəməyə məcburdurmu, yoxsa yaxın dövrdə dövlət tərəfindən silinməsi nəzərdə tutulur?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib. 

O bildirib ki, Azərbaycan dövlət hakimiyyət orqanları, cənab Prezident başda olmaqla, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün olduqca səmərəli tədbirlər görüblər və bu tədbirlər sayəsində müsbət nəticələr əldə olunub:

“Bir tərəfdən xəstəxanalar mövcud tələblərə uyğunlaşdırıldı, yeni səyyar tipli tibb məntəqələri yaradıldı və kütləvi virus yoluxma hallarının azaldılması üçün mühüm işlər görüldü. Amma eyni zamanda cərimələrin tətbiqi də məcburi addımlar idi. Bütövlükdə məsələyə baxdıqda, bu cərimələrin büdcə üçün çox kiçik bir əmsal təşkil etdiyinin şahidi oluruq. 

Onun ətrafında hakimiyyətə və ya dövlət orqanlarına qarşı siyasi kampaniyalar aparanlar da fərqində idilər ki, özlərinin və ya yaxınlarının həyatına kiçik bir ziyan dəydiyi təqdirdə, onlar polis orqanlarından və müvafiq hüquq-mühafizə qurumlarından ciddi və sərt addımlar atılmasını tələb edirdilər.

Elə bu səbəbdən də açıq demək lazımdır ki, daxili işlər orqanları həmin dövrdə xüsusi bir fədakarlıq göstərirdi və yalnız son mərhələdə cərimə tədbirlərinə əl atılırdı. Bu tədbirlərin ictimai və sosial ədaləti təmin etmək baxımından çəkindirici xüsusiyyəti var idi. Bəllidir ki, bir çox hallarda bu cür qərarlar verilmirdi. 

Bütün hallarda viruslar, hətta indiki dövrdə belə insan biologiyasında yaşamaq və uyğunlaşmaq imkanına malik olsa da, əvvəlki qədər ciddi təhlükə yaratmır. Buna görə də cərimələrlə bağlı məsələ bu və ya digər media qurumlarında, ictimai təşkilatlarda, üçüncü sektor nümayəndələri tərəfindən səsləndirilir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən fərqli addımlar atıla bilər”.

Deputatın sözlərinə əsasən, bu məsələ geniş şəkildə Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirə olunmalıdır:

“Burada bir parlament nümayəndəsinin subyektiv dəyərləndirməsi ilə və ya cinayət törədən şəxslərin amnistiya və əfvi nümunə götürülərək sosial bir qərarla problemin tam həllinə nail olmaq çətin olar. Düşünürəm ki, bu məsələdə differensial və seçimli yanaşma daha faydalı ola bilər. Qaydaları təkrar-təkrar və qəsdən pozan şəxslər ayrıca qiymətləndirilə bilər. Xüsusilə kütləvi tədbirlərdə iştirak edən, saxta icazələrdən istifadə edən şəxslərin cərimələrinin bağışlanması növbəti mərhələdə həmin qanunun müddəalarını və mahiyyətini zədələyə bilər. 

Digər tərəfdən, zamanında bu ödənişləri edən şəxslərə qarşı da ədalətli və seçici yanaşma olmalıdır. Bu baxımdan, aşağı gəlirli və işsiz qalmış vətəndaşlarımız üçün müəyyən addımların müzakirə edilməsi məqsədəuyğun ola bilər. Həmçinin hüquqi mexanizm seçilərək cərimələrin müəyyən hissəsinin bağışlanması və ya amnistiya edilməsi də mümkündür.

Beləliklə, sosial əfvin əsas məqsədi yenə də insanlara, onların həyatına və sağlamlığına humanist münasibətin nümayiş etdirilməsi olar. Düşünürəm ki, bu istiqamətdə addımlar atılarsa, cərimələrin uzun müddət ödənilməməsi problemi ilə yanaşı, digər sahələrdə də oxşar məsələlər gündəmə gələ bilər. 

Məsələn, enerji daşıyıcılarının, qazın, elektrik enerjisinin, həmçinin suyun ödənişi ilə bağlı tələblər ortaya çıxa bilər. Bu cür zəncirvari reaksiyaların qarşısını almaq və eyni zamanda vətəndaş məsuliyyətini qorumaq üçün olduqca ehtiyatlı yanaşma seçilməlidir. Bütün hallarda millətimizin həyatı və təhlükəsizliyi ön planda saxlanılmalıdır”.

Məsələ ilə bağlı vəkil Babək Umudov da fikirlərini bölüşüb. 

Vəkilin sözlərinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir: 

“Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbiq görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənmiş, icra məmurunun çağırışlarından yayınmışsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.

Yuxarıda qeyd etdiyim ki, vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

End of content

No more pages to load

RADİO