İranlı müxalif canlı yayımda türk əsilli jurnalisti təhdid etdi - VİDEO

İranlı müxalif Goldie Ghamari türk əsilli ABŞ-lı jurnalist Cenk Uyguru təhdid edib. Ghamari “Şərəfsiz! Narahat olmayın, İran rejimi sona çatanda sizin də arxanızca gələcəyik” ifadələrini işlədib.

İranlı müxalif siyasətçi Goldie Ghamari qatıldığı canlı yayımda türk əsilli ABŞ-li jurnalist Cenk Uygura qarşı sərt və təhdid xarakterli ifadələr səsləndirib.

Bizim.Media xəbər verir ki, Uyguru birbaşa hədəf alan Ghamari ağır təhqirlər edib və “Şərəfsiz! Narahat olmayın, İran rejimi sona çatanda sizin də arxanızca gələcəyik” sözləri ilə diqqət çəkib. Canlı yayımda səsləndirilən bu ifadələr qısa zamanda sosial mediada yayılıb, İran diasporu və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

İRAN REJİMİNƏ QARŞI TANINAN FİQURLARDAN BİRİ

Bu çıxışın İranda etirazların, rejim əleyhinə hərəkatların və müxalifət daxilində fikir ayrılıqlarının getdikcə sərtləşdiyi bir dövrə təsadüf etməsi diqqət çəkir. Ghamari uzun müddətdir İran rejiminə qarşı ən sərt ritorikadan istifadə edən şəxslər sırasında yer alır və müxalifət daxilində bəzi fiqurları da “rejimə dolayı dəstək verməkdə” ittiham edir. Cenk Uygurun xüsusilə Yaxın Şərq, İran və İsrail–Fələstin xətti üzrə şərhlərinin Ghamari və onun kimi şəxslər tərəfindən tez-tez hədəf alındığı bildirilir.

SÖZLƏRİ BÖYÜK MÜBAHİSƏ DOĞURDU

Canlı yayımda işlədilən təhdid dili ifadə azadlığının sərhədləri və siyasi müzakirələrdə zorakılıq çağırışları ehtiva edən ritorika baxımından da tənqid obyektinə çevrilib. Sosial mediada bir çox istifadəçi rejim əleyhdarlığı iddiası ilə edilən bu cür çıxışların müxalifətin legitimliyinə zərər verdiyini müdafiə edərkən, bəzi çevrələr Ghamarinin sözlərini “emosional partlayış” kimi dəyərləndirib.

Cenk Uygur tərəfdən hələlik bu açıqlamalara dair ictimaiyyətə hər hansı cavab verilməyib. Hadisə İran müxalifəti daxilində sərt dil və daxili qarşıdurmalarla bağlı müzakirələri yenidən gündəmə gətirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Astarada qaynanasının qətlində təqsirləndirilən qadına HÖKM OXUNDU

Astarada qaynanasının qətlində təqsirləndirilən qadına HÖKM OXUNDU

Anaları doğuş zamanı həyatını itirən əkiz körpələrin SON DURUMU

Anaları doğuş zamanı həyatını itirən əkiz körpələrin SON DURUMU

Qaynı arvadının ölümünə səbəb olan həkimdən yeni XƏBƏR VAR

Qaynı arvadının ölümünə səbəb olan həkimdən yeni XƏBƏR VAR

Nərimanovda 36 ayadək faizsiz, daxili kredit və geniş seçim imkanı ilə premium mənzilini seç - "Kristal!"

Nərimanovda 36 ayadək faizsiz, daxili kredit və geniş seçim imkanı ilə premium mənzilini seç - "Kristal!"

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yumurta BAHALAŞACAQ?

Yumurta BAHALAŞACAQ?

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

End of content

No more pages to load

RADİO