Xəzərin durumu balıq bazarını silkələyir

"2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir?

 "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: "Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil”.

Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: "Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik.

Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb.

Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir”.

Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: "5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir.

Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır”. (Mənbə: "Kaspi" qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

End of content

No more pages to load

RADİO