Tramp: “Arvadım rəqsimə nifrət edir” – VİDEO

ABŞ Prezidenti Donald Tramp kampaniya çıxışları zamanı etdiyi bəzi hərəkətlərin həyat yoldaşı Melaniya Tramp tərəfindən bəyənilmədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu il keçiriləcək aralıq seçkiləri ərəfəsində Nümayəndələr Palatasındakı respublikaçılara transgender idmançıların qadınlar arasında yarışmasına qarşı çıxmaq kimi prioritetlər üzərindən kampaniya aparmağı tövsiyə edib.
 

Lakin çıxışı zamanı transgender idmançıya qarşı yarışan qadın atleti canlandırarkən mimikalar göstərdiyini deyən Tramp bu hərəkətləri yüngülləşdirməli olduğunu bildirib.


“Arvadım mən bunu edəndə nifrət edir”, – deyə Tramp auditoriyanın gülüşü altında bildirib.

“O, çox zərif insandır. Dedi ki, “bu, prezidentə yaraşmaz”. Mən isə cavab verdim: “Axı mən prezidentəm”.

Tramp deyib ki, kampaniya tədbirlərinin sonunda “YMCA” kimi musiqilər altında rəqs etməsi də cütlük arasında fikir ayrılığı yaradan mövzulardandır.
 

Prezident tez-tez səhnədə qol hərəkətləri və rəqs fiqurları ilə diqqət çəkir. Bu davranış futbolçuların qol vurduqdan sonra onu təqlid etməsi, eləcə də, Argentinanın Prezidenti Xavyer Mileinin Mar-a-Laqoda rəqs etməsi ilə geniş yayılıb.


Lakin Melaniya Tramp bu rəqslərin də “prezidentə yaraşmadığını” düşünür. Tramp bildirib ki, birinci xanım ona “Əzizim, bu, prezidentə uyğun deyil” deyir.

Melaniya Tramp ərinin diqqətini tarixə yönəldərək, ABŞ-nin sabiq Prezidenti Franklin Delano Ruzveltin heç vaxt rəqs etmədiyini xatırladıb.
 

“O dedi ki, “Ruzveltin rəqs etdiyini təsəvvür edə bilirsən?” Mən isə cavab verdim ki, o, demokrat olsa da, çox zərif insan idi”, - Tramp bildirib.


Donald Tramp əlavə edib ki, həyat yoldaşı insanların onun rəqsini, əslində, bəyənmədiyini, sadəcə nəzakət xatirinə müsbət reaksiya verdiyini düşünür. Prezident isə bununla razılaşmayıb:

“Zal coşur. Mən daha sərbəst olmaq istəyirəm, amma kimsə məni nəzarətdə saxlayır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO