Ağcabədidə 9 aylıq körpənin ölümü ilə bağlı SİRLƏR AÇILDI – “Oksigen balonu problemi uzun müddətdir var” - ÖZƏL

Ağcabədi rayonunda 9 aylıq Elif İsgəngəndərlinin ölümü ciddi suallar doğurur və bu hadisə ilə bağlı ictimaiyyətə hələ də qaneedici rəsmi cavab verilməyib. Körpənin atası Pərviz İsgəndərlinin bildirdiyinə görə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə aldığı zaman oksigen balonunda hava bitib və ən kritik anda körpəyə veriləcək əlavə oksigen balonu tapılmayıb. Nəticədə uşaq komaya düşüb və sonradan həyatını itirib.
 

Vəziyyəti stabilləşən körpənin oksigen balonu bitdiyi üçün aparatdan ayrılması və ehtiyat balonun tapılmaması, ümumiyyətlə 140 minə yaxın əhalisi olan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həyati əhəmiyyət daşıyan oksigen balonunun olmaması iddiası maraq doğurur...


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) hər hansı açıqlama ala bilmədik. Daha doğrusu, rəsmi qurum medianın bu sorğusuna cavab vermək əvəzinə bizdən körpənin valideynlərinin iddiası ilə bağlı rəsmi məktub tələb etdi...

Biz də öz növbəmizdə araşdırmamızı davam etdirdik və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor köməkçisi Ceyhun Vəlizadə ilə əlaqə saxladıq.

Məsələ burasındadır ki, xəstəxananın ikinci rəsmi şəxsi tibb müəssisəsində oksigen balonu təminatıyla bağlı problem yaşadıqlarını təsdiq edib:

"Bəli, oksigen balonunun təchiziylə bağlı problemimiz var. Açığı, bu problem uzun müddətdir var, son vaxtlar daha da kəskinləşdi. Hazırda nə yerdədir dəqiq bilmirəm. Bu problemlə bağlı TƏBİB-ə məlumat vermişik".

Ceyhun Vəlizadə sözügedən ölüm hadisəsiylə bağlı hazırda kifayət qədər məlumatının olmadığını qeyd edib:
 

"Həmin hadisənin necə baş verdiyi, nə olduğu yadımda deyil. Oksigen balonuyla bağlı problemin olduğunu dana bilmərəm, amma hadisənin bunun fonnunda olub-olmadığını bilmirəm deyə sizə yalnış məlumat verə bilmərəm", - deyə əlavə edib.


Görünən odur ki, bir körpənin həyatını xilas etməli olan səhiyyə müəssisəsində elementar tibbi təminatın olmaması təssüf doğurur. Bu hadisə təkcə bir ailənin faciəsi deyil, bütövlükdə tibb sahəsindəki  məsuliyyətsizliyin və nəzarətsizliyin göstəricisidir. Belə çıxır ki, uşaq həkim və tibb bacılarının səhlənkarlığı ilə yanaşı, TƏBİB-in xəstəxananı lazımi avadanlıqla təmin etməməsinin qurbanı olub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

End of content

No more pages to load

RADİO