Türkiyənin məşhur aktyorları Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, Ozan Akbaba, Uğur Uzunel, Engin Hepileri, prodüser Müşviq Quluzadə rol aldıqları “Anka” filminin paytaxtdakı premyerasında iştirak edəcəklər.
Tanınmış simalar qala gecəsindən əvvəl şəhərimizdə gəzintiyə çıxıblar.
Film ulduzları İçərişəhərdə uşaqlarla futbol oynayıb və həmin anları sosial şəbəkə hesablarında paylaşıblar.
Bizim.Media