İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Gava ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində məlumat verib.
M. Cabbarov qeyd edib ki, görüşdə iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media