“Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına başlanılmasına çox yaxındır. Bu da regionda kommunikasiyalarının açılması deməkdir”.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Bildiyiniz kimi, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov dünən İrəvana işgüzar səfərə gəliblər.
Onlar baş nazirin müavini Mher Qriqoryanla görüşüblər. Vurğulamaq istəyirəm ki, biz ilk praktiki işlərin qeydə alınmasına çox yaxınıq. Dünənki iclas Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - deyə Paşinyan bildirib.
Bizim.Media