Ötən gün Xalq artisti Alim Qasımovun nəvəsinin oğlan toyu baş tutub.
Bizim.Media xəbər verir ki, sənətçinin nəvəsi Fatimə həmkarı Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə həyatı qurub.
Ümidlə Fatimənin toy mərasimi şəhərin dəbdəbəli məkanlarından birində keçirilib.
Məclisdə bir sıra şou-biznes nümayəndələri də iştirak edib. Onlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edərək Xalq artistinin nəvəsini bu şad günü münasibətilə təbrik ediblər.
Pandemiya səbəbilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyulduğundan Natiq Şirinov oğlu Ümidə hələ iki gün toy edəcək. Bu barədə Hacı Nuran məlumat verib.
Bizim.Media