Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, 12 ayda Azərbaycan bu ölkədən 452,5 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 470 milyon dollar olub.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Bizim.Media