Azərbaycanda yeni qadağa tətbiq ediləcək? - Mühüm açıqlama

Özbəkistanın elektron siqaretlərə tətbiq etdiyi tam qadağa regionda geniş rezonans doğurub. Qonşu ölkənin bu qərarı əsaslandırarkən göstərdiyi arqumentlər, xüsusilə yeniyetmələr arasında istifadə hallarının artması, sağlamlıq risklərinin tam aydın olmaması və məhsulların nəzarətsiz şəkildə bazara çıxması digər dövlətləri də bu istiqamətdə düşünməyə vadar edir.

Azərbaycanda da son illərdə həm klassik, həm də elektron siqaretlərdən istifadə diqqətçəkən dərəcədə artıb, onların real təsirləri, təhlükəsizlik səviyyəsi və ictimai sağlamlığa mümkün riskləri isə hələ də geniş müzakirə mövzusudur.

Bu baxımdan Özbəkistanın atdığı addım Azərbaycanda da analoji qadağanın müzakirə olunmasına səbəb ola bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Müşviq Məmmədli “Yenisabah.az”a məsələ ilə bağlı fikirlərini bildirib. Deputatın sözlərinə görə, ictimai məkanlarda bu qadağa tətbiq olunur və həm elektron, həm də adi siqaretlər üçün keçərlidir.

Amma təbii ki, elektron siqarətlərin tərkibində olan maddələrin onların insan orqanizmində hansı məhvedici təsirlər yaratdığı geniş ictimaiyyət tərəfindən, tibb xadimləri tərəfindən, elmi çevrələrdə müzakirə olunur:

“Təbii ki, yanaşma digər sahələrdə olduğu kimidir: vətəndaş bu barədə məlumatlandırılır, zərərli olması barədə fikirlər bildirilir və yaşa görə satış məhdudiyyəti var. Sonra təsir məsələləri və azyaşlıların çox olduğu yerlərdə satış baxımından bu məhdudiyyətlər də tətbiq olunur”.

M.Məmmədli hazırkı yanaşmanın belə olduğunu və sonrakı dövrlərdə müxtəlif addımlar atıla biləcəyini vurğulayıb:

“Öz şəxsi fikrimi bildirmək istəyirəm ki, ümumiyyətlə maksimum maarifləndirmə aparılmalıdır. Vətəndaşlarımızı istər elektron, istər klassik siqarətlərdən uzaq tutmalıyıq. Çünki bunlar həm insan sağlamlığına zərərlidir, həm də maddi baxımdan hər bir insanın, xüsusən gənclərin büdcəsinə ziyandır. Təbii ki, mən də burada məhdudlaşdırıcı, amma daha çox maarifləndirərək məhdudlaşdırıcı tədbirlərin tərəfdarıyam”.

 “Əvvəlcə qeyd edim ki, elektron siqarət ideyası 1970-ci illərdə ortaya çıxıb, lakin bir müddət sonra bu ideya sanki unudulub. Əsrin sonunda isə yenidən bu mövzuya qayıdıldı və sahibkarlar bu ideyanı dəyərləndirdilər. Beləliklə, elektron siqarətlərin kütləvi istehsalına başlanıldı. Əslində, bu istehsalın məqsədi guya ənənəvi siqarətə alternativ yaratmaq və insanlara siqarəti tərgitməyə kömək etmək idi. Lakin sonrakı təcrübə göstərdi ki, elektron siqarətlər təhlükəlilik baxımından ənənəvi siqarətlərdən geri qalmır”, - bu fikirləri isə professor Adil Qeybulla bildirib.

O, əlavə edib ki, hər iki məhsulda asılılıq yaradan maddə, nikotinin miqdarı təxminən eynidir:

“Kanserogen maddələrə gəldikdə isə, ənənəvi siqarətdə tütünün yanması nəticəsində polisiklik aromatik karbohidrogenlər, yəni qatrana bənzər maddələr əmələ gəlirsə, elektron siqarətlərdə aromatik maddələrin yanmasından yaranan kanserogenlər rol oynayır.

Buna görə də hər iki məhsul orqanizm üçün eyni dərəcədə ziyanlıdır. Mən elektron siqarətlərin qadağan edilməsini müəyyən qədər məntiqli sayıram. Amma bir məsələ də var: qadağan olunan məhsul dünyada istehsal olunmağa davam edəcəksə, qeyri-rəsmi yollarla ölkəyə daxil olacaq, qiymətlər artacaq və defisit yaranacaq. Sadəcə olaraq, bu mövzuda təbliğata daha böyük üstünlük verilməsi məncə daha məqsədəuyğun olar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

End of content

No more pages to load

RADİO