Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 25-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Samir Məmmədov ifadəsində Laçında düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində başından yaralandığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı Tural İsgəndərovun da xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ruslan Abbasov Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Hadisə zamanı daha iki nəfər yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Vüqar Hüseynov da Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Toğrul Əliyev Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində qəlpə yarası aldığını bildirib. Həmin vaxt onun yanında olmuş Nazim Ağayev və Murad Əliyev də xəsarət alıblar.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Samir İbrahimov Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Bayram Ağcayev Kəlbəcərdə düşmənin açdığı atəşlər nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş Rəşad Quliyev Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını bildirib.

Digər zərərçəkmiş Kamal Abdullayev ifadəsində Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Orxan Musayev Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində sol göz nahiyəsindən yaralandığını deyib. Hadisə zamanı Bəhruz Rzayev və Nizami Cabbarov da yaralanıblar.


Digər zərərçəkmiş Dilqəm Həsənov Kəlbəcərdə düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Samir Xəlilov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış raket atəşi nəticəsində yaralandığını deyib. Hadisə zamanı Ülvi Mikayılov həlak olub.

Məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

End of content

No more pages to load

RADİO