"Neftçi" Samir Abasovu İSTEFAYA GÖNDƏRDİ

“Neftçi” baş məşqçi Samir Abasovu istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Bu gün “Neftçi” rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.


Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. 

Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.

Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
 

Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, “İmişli” ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.


Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.

Məlumatda qeyd edilib ki, öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib.

İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.
 

"Qeyd olunanları nəzərə alaraq, “Neftçi” PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.


Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı “Turan Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib" - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə məktəbində ŞOK: Qayçı ilə şagird yoldaşına xəsarət yetirdi

Gəncə məktəbində ŞOK: Qayçı ilə şagird yoldaşına xəsarət yetirdi

Şagirdlərin sosiallaşma TƏHLÜKƏSİ – Hansı məktəblərdə təhsil distant formaya KEÇİR?

Şagirdlərin sosiallaşma TƏHLÜKƏSİ – Hansı məktəblərdə təhsil distant formaya KEÇİR?

Çantasının qiyməti müzakirə yaratdı – FOTO

Çantasının qiyməti müzakirə yaratdı – FOTO

“Iran Air” şirkətində XAOS: Xarici hava limanlarına 15 milyon dollar borcu var

“Iran Air” şirkətində XAOS: Xarici hava limanlarına 15 milyon dollar borcu var

İranlı hakerlər Netanyahunun telefonuna HÜCUM ETDİLƏR

İranlı hakerlər Netanyahunun telefonuna HÜCUM ETDİLƏR

Putin Qərb siyasətçilərini “donuz balası” adlandırdı – VİDEO

Putin Qərb siyasətçilərini “donuz balası” adlandırdı – VİDEO

Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO

Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO

Putin: “Ukraynada müharibəni Rusiya yox, Qərb başlayıb” – VİDEO

Putin: “Ukraynada müharibəni Rusiya yox, Qərb başlayıb” – VİDEO

Beynəlxalq ikili diplom proqramları ilə bağlı SƏRƏNCAM

Beynəlxalq ikili diplom proqramları ilə bağlı SƏRƏNCAM

Yeddi körpənin öldüyü Perinatal Mərkəzdə elektrik uzadıcılarından istifadə qadağan edilibmiş?

Yeddi körpənin öldüyü Perinatal Mərkəzdə elektrik uzadıcılarından istifadə qadağan edilibmiş?

Tacikistan Rusiyaya NOTA VERDİ

Tacikistan Rusiyaya NOTA VERDİ

Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

“Qarabağ”ın azyaşlı azarkeşindən Nərimanı tənqid edənlərə REAKSİYA – VİDEO

“Qarabağ”ın azyaşlı azarkeşindən Nərimanı tənqid edənlərə REAKSİYA – VİDEO

Tofiq Zülfüqarov Rusiya rəsmisinin dediklərini yalanladı: “Meğridən keçən dəmir yolu Azərbaycan mülkiyyətidir”

Tofiq Zülfüqarov Rusiya rəsmisinin dediklərini yalanladı: “Meğridən keçən dəmir yolu Azərbaycan mülkiyyətidir”

Milli Observatoriya növbəti “Sosial Jurnalistika” təlimini keçirib – FOTO

Milli Observatoriya növbəti “Sosial Jurnalistika” təlimini keçirib – FOTO

"Hövsan MİDA"da əlillər üçün olan parkinqlər zəbt olunub - ŞİKAYƏT - VİDEO

"Hövsan MİDA"da əlillər üçün olan parkinqlər zəbt olunub - ŞİKAYƏT - VİDEO

Rəqsanə Fazillə ayrılıq xəbərlərini YALANLADI: “Heç nə bitməyib” – VİDEO

Rəqsanə Fazillə ayrılıq xəbərlərini YALANLADI: “Heç nə bitməyib” – VİDEO

Sabirabadda qadınların ƏR DAVASI: Biri nazirliyin katibəsidir

Sabirabadda qadınların ƏR DAVASI: Biri nazirliyin katibəsidir

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? – VİDEO

Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? – VİDEO

Günaydan keçmiş ərinə CAVAB: “On ildir oğlunu görmürsən!” – FOTO

Günaydan keçmiş ərinə CAVAB: “On ildir oğlunu görmürsən!” – FOTO

Əbülfəz Qarayevin qızı xalqımızdan ÜZR İSTƏDİ – FOTO

Əbülfəz Qarayevin qızı xalqımızdan ÜZR İSTƏDİ – FOTO

Göyçə gölündə möhtəşəm qış mənzərəsi... – VİDEO

Göyçə gölündə möhtəşəm qış mənzərəsi... – VİDEO

Qadağadan sonra cəza da GƏLİR – Elektron siqaret çəkənlər neçə manat CƏRİMƏ OLUNACAQ?

Qadağadan sonra cəza da GƏLİR – Elektron siqaret çəkənlər neçə manat CƏRİMƏ OLUNACAQ?

End of content

No more pages to load

RADİO