Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Armen Sarkisyanın istefasından sonra müvəqqəti olaraq ölkə prezidenti kimi fəaliyyətə başlayan parlamentin spikeri Alen Simonyan bildirib.
"Niyə Vaaqn Xaçatryanı seçdiyimizi söyləmək çox çətindir. Uzun müzakirələrdən sonra qərara gəldik ki, o, prezident olmalıdır. Mən özüm də hesab edirəm ki, o, öz vəzifəsini çox yaxşı yerinə yetirəcək", - deyə Simonyan qeyd edib.
Bizim.Media