Bakıda ananın azyaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT

Bakıda azyaşlı qızına qarşı dəfələrlə fiziki zorakılıq etməkdə, işgəncə verməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media "teleqraf.az"a istinadla xəbər verir ki, cinayət işi materiallarında Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızına verdiyi dəhşətli işgəncələr ortaya çıxıb.

Azyaşlının uzun müddət müxtəlif alətlərlə döyülməsi, yandırılması və təhqiredici davranışlara məruz qalması məlum olub.
 

Fatimə Ramazanova heç bir əsas olmadan azyaşlı qızına müxtəlif dövrlərdə oxlov, elektrik naqili, dəri kəmər və digər əşyalarla zərbələr endirib. Bundan başqa, kəfkiri sobada qızdıraraq uşağın sol əlinin ovuc səthinə, sol qoluna və burnunun üstünə basdırmaqla termiki yanıq xəsarətləri yetirib.


Sonuncu dəfə isə 2 mart 2025-ci il tarixində isə yenə də uşağın yemək yeməməsi bəhanəsi ilə dəri kəmərlə döymə nəticəsində azyaşlının bədənində çoxsaylı hematomalar, qançırlar və sıyrıqlar yaranıb.

Fatimə Ramazanova ifadəsində uşaqlıq dövründən etibarən ailə zorakılığına məruz qaldığını, 13 yaşı olanda atasının intihar etdiyini, anasının isə normal həyat tərzi keçirmədiyini bildirib.

15 yaşında evdən qaçaraq işləməyə başlayan Fatimə uzun müddət müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant olaraq işləyib. 18 yaşından sonra Elçin adlı şəxslə birgə yaşayıb və onların ailə mühitində də zorakılıq halları baş verib.

Elçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından sonra Fatimə yeni iş yerində Əsmər adlı qadınla tanış olub və həmin şəxsin evinə köçüb. Bu müddətdə hamilə qaldığını öyrənib və 2021-ci ildə qızı dünyaya gəlib.
 

Uşağın doğumundan sonra uzunmüddətli iş rejimi səbəbindən Mələk adlı azyaşlı bir neçə ay Almaz adlı qadının evində qalıb. Daha sonra azyaşlı başqa dayənin - Samirənin yanına verilib. Fatimə uşağına baxdığına görə Samirə adlı qadına gündəlik 20 manat ödəniş edirmiş.


Fatimənin dediyinə görə, qızı Samirənin evində olduğu müddətdə onun qidalanma və davranış problemləri yaranıb. Buna görə də Samirə ilə onun arasında gərginliklər yaranıb. Fatimə deyib ki, buna görə uşağı cəzalandırmağa başlayıb.

Azyaşlı yemək yemədiyi üçün anası tərəfindən işgəncələrə məruz qalıb. Fatimə iddia edib ki, qızının yemək yeməməsinin səbəbi Samirə adlı qadın olub.
 

Onun sözlərinə görə, Samirə onun qızını övladlığa götürmək istəyib, lakin o, bununla razılaşmayıb. Fatimə deyib ki, Samirə adlı qadın qızına yemək yeməməsini tapşırıb. Fatimə qızını döydüyünü etiraf etsə də, onun bədənini yandırmadığını söyləyib.


Bildirib ki, qızı Samirənin evində qaldığı zaman qızı qotur xəstəliyinə tutulduğu üçün bədənində yaralar əmələ gəlib və həmin izlər də həmin xəstəlikdən sonra yaranıb.

Azyaşlının ifadəsi...

Yetkinlik yaşına çatmayan azyaşlı zərərçəkmiş qismində psixoloqun müşayiəti ilə ifadə verən zaman bildirib ki, anası onu mütəmadi olaraq kəmər, dəmir dabankeş və kəfkirdən istifadə edərək döyüb.

Qulağına isti su töküb, saçından dartaraq təhqiramiz davranışlar edib, gecələr bir ayaq üstdə saxlayıb.
 

Azyaşlının ifadəsindən məlum olub ki, onun bədənindəki siqaret yanıqları anası ilə birgə yaşayan Roma adlı şəxs tərəfindən edilib. Azyaşlı, həmçinin, ifadəsində bildirib ki, anası ilə yaşayan Roma adlı şəxs ona zorakılıq barədə danışmasını qadağan edib, danışacağı təqdirdə onu döyməklə hədələyib.


Azyaşlının işgəncələrə məruz qalmasını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasının təfərrüatı da məlum olub.

Belə ki, Fatimə Ramazanova qızına işgəncələr verdiyi, bir ayağı üstdə saxladığı videogörüntünü Samirə adlı qadına göndərərək baş verənlərin günahkarı kimi onu göstərib.

Fatimə Samirə adlı qadına deyib ki, uşağının yemək yeməməsinin səbəbi odur və buna görə də əsəbiləşərək qızına qarşı bu davranışları edir.

Azyaşlı gecələr çığıraraq yuxudan oyanırmış...

"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.

Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.

Fatimə analıq hüququndan məhrum ediləcək...

Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.
 

Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Qeyd edək ki, azyaşlının bu fotoları sığınacağa yerləşdirildiyi ilk gündə (bu ilin mart ayının əvvəlində) çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

End of content

No more pages to load

RADİO