2025-ci ildə baş verən təyyarə qəzaları – ARAŞDIRMA

Bildiyiniz kimi, bir neçə gün öncə - noyabrın 11-də Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzaya düşən təyyarənin göyərtəsində olan 20 hərbçi şəhid olub.

Ümumiyyətlə, bu il bir çox ölkələrin tarixinə yeni təyyarə qəzaları yazılıb. Baş verən qəzaların demək olar ki, hamısı insan ölümü ilə nəticələnib.

Bizim.Media bu il baş verən təyyarə qəzalarının siyahısını təqdim edir:

10 yanvarda Braziliyanın San-Paulu əyalətinin Ubatuba şəhərində təyyarə qəzası baş verib. Kruzeyro çimərliyində baş verən qəza nəticəsində pilot ölüb, 5 nəfər isə yaralanıb.

29 yanvar Cənubi Sudanda neftçiləri daşıyan təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Baş verən qəzada təyyarədə olan 21 nəfərdən 20-si həyatını itirib. 
 

Yanvarın 29-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi və quru qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Qəza nəticəsində 67 nəfər həlak olub. 


Yanvarın 31-də Filadelfiyada (Pensilvaniya ştatı) “Learjet 55” tibbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində azı 7 nəfər həlak olub və 19 nəfər xəstəxanaya yerləşdirilib.

Fevralın 6-da Alyaska ştatının səmasında radarlardan itmiş “Bering Air” şirkətinə məxsus təyyarə qəzaya uğayıb. Təyyarədə olan 10 nəfərin hamısı ölüb.

18 martda Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində göyərtədə olan 15 nəfərdən 6-sı ölüb. Qəza “Jetstream 41” təyyarəsindəki mexaniki nasazlıq nəticəsində baş verib.

11 apreldə Nyu-Yorkda helikopter Hudson çayına düşüb. Qəza nəticəsində azı 6 nəfər ölüb. 

25 apreldə Tailandda baş vermiş təyyarə qəzası nəticəsində altı nəfər həyatını itirib.

12 iyun Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub. Təyyarənin göyərtəsində olan 242 nəfər ölüb. Həmçinin, daha 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb.
 

30 iyun ABŞ-ın Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla, 6 nəfər həlak olub. Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb.


22 iyul Dəkkədə Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub. Təyyarənin məktəbə çırpılması nəticəsində baş verən qəzada ölənlərdən 25 nəfəri uşaq olub. Təyyarə texniki nasazlıq səbəbilə qəzaya uğrayıb.

Avqustun 30-da Almaniyanın Brandenburq əyalətinin Fleminq bölgəsində - Berlindən 75 kilometr cənubda təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində qarğıdalı sahəsinə düşən təyyarədə 2 sərnişin və pilot həlak olub.

23 oktyabr Venesuelada təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə iki pilot ölüb. Qəzaya səbəb kimi şinin partlaması və ya pilot səhvi göstərilib.

Noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib. Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

13 noyabrda Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb. Təyyarə təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində heyət üzvləri həlak olub.
 

13 noyabrda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb. Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.


Qeyd edək ki, bu il baş verən təyyarə qəzalarında ümumilikdə 500-ə yaxın insan həlak olub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

End of content

No more pages to load

RADİO