Dünya şöhrətli müğənni Rihannanın hamilə olduğu təsdiqlənib.
Bizim.Media xəbər verir ki, o, "Instagram" hesabında özü məlumat verib.
Rihanna repçi sevgilisi Eysap Roki (Rakim Mayers) ilə Nyu-Yorkda gəzərkən çəkdirdiyi fotoları paylaşaraq hamilə olduğunu təsdiqləyib.
Müğənni paylaşımına övladlarının olacağını qeyd etsə də, körpənin cinsiyyətini gizli saxlayıb.
Bizim.Media