Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ – “Bu halda deportasiya oluna bilərlər”

Rusiyanın miqrantlara qarşı tətbiq etdiyi qərar və qanunlar həmin kateqoriyadan olan insanların həyatını daha da ağırlaşdırmaqda davam edir. Moskvanın bu istiqamətdə sərt addımları miqrantları işə götürən şirkətləri də çətin vəziyyətlə üz-üzə qoyub.
 

Belə ki, Rusiyada bu ilin ilk yarısında məhkəmələr tərəfindən miqrantların qanunsuz əmək fəaliyyətinə cəlb olunmasına, onların ticarət obyektlərində işə götürülməsi qaydalarının və bəzi fəaliyyət növlərinə qoyulan məhdudiyyətlərin pozulmasına görə şirkətlərə 1,6 milyard rubldan (20 milyon dollar) artıq cərimə tətbiq edilib.


Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bildirilir ki, ilin 6 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 18.15, 18.16 və 18.17-ci maddələri üzrə ümumilikdə 9546 nəfər inzibati məsuliyyətə cəlb olunub. Bu rəqəm isə 2024-cü ilin göstəricisindən 1,3 dəfə çoxdur. Onların arasında 5638 hüquqi şəxs də var — bu isə 1,5 dəfə artım deməkdir.

Qanunvericilikdə göstərilir ki, bu qaydanı pozan hüquqi şəxslər üçün cərimənin məbləği 1 milyon rubla qədərdir. 

Sözügedən qaydaları pozan şirkətin fəaliyyəti 14 gündən 90 gün müddətinədək dayandırıla bilər.

Atılan bu addımlar aydın məsələdir ki, şirkətləri miqrantlarla işləməkdən çəkindirəcək. Belədə həmin şirkətlər işçini ya ölkə vətəndaşları içərisindən seçməli, ya da fəaliyyətlərini dondurmalı olacaqlar.

Bu addımın Rusiyada əmək fəaliyyətilə məşğul olan soydaşlarımıza nə kimi təsirləri ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, atılan bu cür addımlar Rusiyada miqrant fəaliyyətilə məşğul olan soydaşlarımızın da sayının azalmasına gətirib çıxaracaq:
 

“Burada reallıq odur ki, Rusiyanın müvafiq strukturlarının zaman-zaman qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində bir sıra təkliflərlə çıxış etməsi sonrakı mərhələdə miqrasiya müstəvisində qanunvericilikdə yeni qaydalar, bəzi məhdudiyyətlərin geniş yer almasına gətirib çıxarır.


Rusiya ərazisində kifayət qədər çox sayda qanunsuz əmək fəaliyyətilə məşğul olan miqrantlar var. Bununla yanaşı ölkədə qanunsuz əsaslarla yaşayanlar da kifayət qədərdir.

Bu isə Rusiyanın milli maraqları nöqteyi-nəzərindən yolverilməz haldır. Ona görə də qanunsuz miqrasiya ilə mübarizə hazırda Rusiyanın prioritet istiqamətlərindəndir. Zaman-zaman bu istiqamətdə tətbiq edilən yeniliklər, qüvvəyə minən qaydalar bilavasitə qanunsuz miqrantların sayının kəskin azalmasına hesablanıb”.

“Qanunsuz miqrantların sayı azalır”

Deputat qeyd edir ki, son bir il ərzində bu istiqamətdə həyata keçirilən fəaliyyətlər müəyyən mənada müsbət nəticələr də verir:

“Həmin tədbirlər çərçivəsində keçirilən reydlərin də məqsədi müxtəlif sahələrdə qanunsuz əmək fəaliyyətilə məşğul olan miqrantları aşkarlamaqdır. Bu da nəticə etibarı ilə həmin kateqoriyadan olan insanların sayının azalmasına gətirib çıxarır.

Cərimələrin artması da burada öz sözünü deyir. Bir sıra hallarda hətta cərimə sanksiyaları vasitəsilə prosesə təsir imkanları daha genişdir”.

“Möhlət iyunda bitib”

Həmsöhbətimiz deyir ki, belə addımlar qanunsuz əsaslarla yaşayan soydaşlarımıza da birbaşa təsir edir:

“Onlar öz statuslarını leqallaşdırmaq üçün zəruri qanuni addımlar atmalı, qanuni əsaslarla qeydiyyata alınmalıdırlar. Dövlətin bununla bağlı verdiyi möhlət cari ilin iyunun sonunda bitib.

Bundan sonra aşkarlanan qanunsuz miqrantla bağlı ağır və sərt addımlara keçiləcək.

Onlar hətta ölkə ərazisindən deportasiya da oluna bilərlər. Həmçinin, bu cür şəxslərin gələcəkdə yenidən Rusiya ərazisinə qayıdışı da mümkünsüz ola bilər”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

End of content

No more pages to load

RADİO