"QHT işi" üzrə Əhməd Məmmədzadənin məhkəməsi KEÇİRİLDİ

"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

 
"QHT işi" üzrə daha iki nəfərin məhkəməsi BAŞLAYIR


Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Əhməd Məmmədzadə məhkəmədən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar verilməsini xahiş edib.

Cinayət işi məhkəmə baxışına verilib.

Qeyd edək ki, təqsirləndirilən QHT təmsilçisi Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.


Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar:

Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
 

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

End of content

No more pages to load

RADİO