Sinaqoqda terrora hazırlaşan şəxsə HÖKM OXUNDU

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Sinaqoqda terrora hazırlaşan İŞİD-çinin məhkəməsində şahidlər DİNDİRİLDİ


Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib. Vəkilin vəsatəti təmin olunmayıb və məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Abdulla Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.


Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

Qeyd edək ki, Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ! Bank hesablarınızın təhlükəsizliyini qorumaq üçün VACİB TÖVSİYƏLƏR – VİDEO

Əhalinin NƏZƏRİNƏ! Bank hesablarınızın təhlükəsizliyini qorumaq üçün VACİB TÖVSİYƏLƏR – VİDEO

“Çelsi”nin Bakıda oyunöncəsi mətbuat konfransı olmayacaq

“Çelsi”nin Bakıda oyunöncəsi mətbuat konfransı olmayacaq

İcra başçılarına QADAĞA qoyuldu

İcra başçılarına QADAĞA qoyuldu

Qızılın qiyməti yenidən 4 000 dolları ÖTDÜ

Qızılın qiyməti yenidən 4 000 dolları ÖTDÜ

Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə 2-ci yerdədir - FOTO

Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə 2-ci yerdədir - FOTO

Bütün çalışanlar ödəyir, amma hamısı qarşılığını ala bilmir – İşsizlik sığortası ilə bağlı TƏZADLI VƏZİYYƏT

Bütün çalışanlar ödəyir, amma hamısı qarşılığını ala bilmir – İşsizlik sığortası ilə bağlı TƏZADLI VƏZİYYƏT

Pərvin Macarıstanda – FOTO

Pərvin Macarıstanda – FOTO

“Tarqovı”da turistə hücum edən şəxslərlə bağlı QƏRAR

“Tarqovı”da turistə hücum edən şəxslərlə bağlı QƏRAR

MN-dən əhaliyə XƏBƏRDARLIQ: "Partlayış səsləri ilə əlaqədar...” - FOTO

MN-dən əhaliyə XƏBƏRDARLIQ: "Partlayış səsləri ilə əlaqədar...” - FOTO

Tramp Putin və Si Cinpin haqda: Bu insanlarla zarafat etmək olmaz - VİDEO

Tramp Putin və Si Cinpin haqda: Bu insanlarla zarafat etmək olmaz - VİDEO

Ukrayna Saratovda neft emalı zavodunu vurdu - VİDEO

Ukrayna Saratovda neft emalı zavodunu vurdu - VİDEO

Yamal müğənni Nikoldan ayrıldı – Cəmi 3 ay çəkdi – FOTO

Yamal müğənni Nikoldan ayrıldı – Cəmi 3 ay çəkdi – FOTO

Həftəsonundan 4 günlük tətil başlayır

Həftəsonundan 4 günlük tətil başlayır

Polkovnik işdən azad olundu

Polkovnik işdən azad olundu

Azərbaycana gələn turistlər ən çox hansı rayonlara üstünlük verir? – SİYAHI

Azərbaycana gələn turistlər ən çox hansı rayonlara üstünlük verir? – SİYAHI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs HƏBS EDİLDİ - FOTO/VİDEO

Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs HƏBS EDİLDİ - FOTO/VİDEO

Zaqatalalı gənc Avropa çempionu oldu

Zaqatalalı gənc Avropa çempionu oldu

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə TÖVSİYƏ

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə TÖVSİYƏ

Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO

Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO

Vəzifəli şəxsin qabırğasını sındıran şəxslə bağlı QƏRAR

Vəzifəli şəxsin qabırğasını sındıran şəxslə bağlı QƏRAR

17 ildir itkin düşən şəxs dağda tapıldı

17 ildir itkin düşən şəxs dağda tapıldı

Turun sonuncu oyunu: "Sabah" "Qəbələ"ni qəbul edəcək

Turun sonuncu oyunu: "Sabah" "Qəbələ"ni qəbul edəcək

DİN-dən vətəndaşlara çağırış: Bir kliklə pulunuzu oğurlayırlar

DİN-dən vətəndaşlara çağırış: Bir kliklə pulunuzu oğurlayırlar

End of content

No more pages to load

RADİO