Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Bakıda oktyabrın 27-də Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik edib.
 

Vurğulanıb ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekincini qəbul edib.


Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrinin təcəssümü olduğu bildirilib.
 

Liderlərin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb.


Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də ailə hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərinin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
 

C.Bayramov Türkiyə XİN başçısının müavinini Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton sammitindən irəli gələn məsələlər barədə ətraflı məlumatlandırıb.


Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

End of content

No more pages to load

RADİO