Qumar reklamına görə 5 influenser MƏHKƏMƏLİK OLDU

Azərbaycanda qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.

Bildirilib ki, Dövlət Agentliyi reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparır və Agentliyə daxil olan müraciətlər araşdırılır.
 

Qeyd olunub ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub.


Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib.

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub.
 

Qeyd edək ki, "Reklam haqqında" Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.


Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Dövlət Agentliyinə rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Brüssel aeroportu BAĞLANDI

Brüssel aeroportu BAĞLANDI

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Vüqar Hüseynova ağır itki - FOTO

Vüqar Hüseynova ağır itki - FOTO

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

"Altın kelebek" LƏĞV EDİLDİ

"Altın kelebek" LƏĞV EDİLDİ

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

Kiberpolisdən ƏMƏLİYYAT: "Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satanlar saxlanıldı - VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: "Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satanlar saxlanıldı - VİDEO

Azərbaycanda yeni iqtisadi mərhələ başlayır - ANALİZ/FOTO

Azərbaycanda yeni iqtisadi mərhələ başlayır - ANALİZ/FOTO

End of content

No more pages to load

RADİO