Ötən il 430 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 442,2 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin müvafiq dövründə dəyəri 164,6 milyon dollar olmaqla 221,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bizim.Media