Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? - AYNA-dan AÇIQLAMA

Hazırda tətbiq edilən qaydalar əsasında taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobilini yenilədikdə onlara hansısa problem yaranıb-yaranmayacağını məsələsindən narahatdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub.

"Səkkiz ildir taksi fəaliyyəti ilə məşğulam. Bütün sənədlərim qaydasındadır. Keçən il fəaliyyət göstərməyim üçün yeddi illik icazə almışam. İndi maşını dəyişmək istəyirəm.

Bilmək istərdim ki, yeni maşın alsam, taksi fəaliyyəti göstərməyimə problem yarana bilərmi?", - deyə müraciətdə yazılır.
 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tural Orucov açıqlamasında bildirdi ki, taksi minik avtomobili ilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:


"Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.

Buraxılış kartı isə məhz taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
 

Buraxılış vəsiqəsi olan şəxs yeni avtomobillə taksi fəaliyyəti göstərmək istəyirsə, əvvəlki avtomobilin buraxılış kartını ləğv etdirməli və digər avtomobil üçün 31 dekabr 2025-ci ilə qədər yeni buraxılış kartı əldə etməlidir".


T.Orucov vurğulayıb ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

"1 iyul 2024-cü ildən bu yana buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Qanunvericiliyə əsasən, taksi minik avtomobillərinə buraxılış kartı yeddi il müddətinə verilir. Yəni yaşı səkkiz ilədək olan avtomobillər müvafiq icazələr alaraq 15 ilədək taksi kimi istifadə oluna bilərlər.
 

Eyni zamanda taksi sürücülərinin fərqlənmə nişanı alaraq fəaliyyətlərini davam etdirmələri tövsiyə olunur. "Fərqlənmə nişanı" sürücünün fəaliyyət növünə uyğun olaraq, vergi öhdəliklərini yerinə yetirir.


Bundan əlavə, taksi fəaliyyəti göstərən sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur, sonda imtahan verirlər.

İmtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar.

Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi" alt sistemi yaradılıb.

Bütün taksi icazələrinin verilməsi fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir", - deyə T.Orucov bildirib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

End of content

No more pages to load

RADİO