"Azarkeşlər mübarizəmizdən razı qalacaqlar" - Qurban Qurbanov

"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. "Atletik"in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik"ə qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

Mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Marko Yankoviçin zədəsini sağaltdığını bildirib:

"Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm".

O, hücum mövqeyi üçün Nəriman Axundzadə ilə Kamilo Duran arasında seçim edib-etmədiyinə dair sualı cavablandırıb:

"Hər ikisi yaxşı formadadır. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək".

Mütəxəssis türk jurnalistin "Qarabağ"ın uğurları təkcə Azərbaycan yox, türk dünyası üçün böyük hadisədir. İnsanlara bu hissləri yaşatmaq necə hissdir" sualına belə reaksiya verib:

"Sizi burada görmək xoşdur. İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdir. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək".

Q.Qurbanov ilk iki turda "Benfika" və "Kopenhagen"lə oyunlarda qazanılan qələbələrin komandada hansı dəyişikliklərə səbəb olduğunu da açıqlayıb:

"Dəyişiləcək bir şey yoxdur. Futbol elə bir peşədir ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdır".
 

O, sonda "Çempionlar Liqasında mövsüm başlamazdən əvvəl "24-lüy"ə düşmək xəyal kimi görünürdü, lakin ardıcıl 2 qələbədən sonra artıq bu sizin üçün məqsədə çevrilib? Ümumiyyətlə, bu yöndə söhbətlər futbolçulara necə təsir edir" sualını cavablandırıb:


"Deməzdim ki, narahatlıq var. Bəlkə də bu söhbətlər futbolçulara hansısa formada təsir edir. Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdir. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdur, amma qarşıda daha çətin oyunlarımız var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

End of content

No more pages to load

RADİO