Xarici birjlarda neftin qiyməti 8 il sonra ilk dəfə 90 dolları ötüb.
Bizim.Media xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neftin aprel fyüçersləri 1,62 faiz bahalaşaraq 89,6 ABŞ dollara satılıb.
Hərrac zamanı “Brent” nefti 90,01 ABŞ dollarına qədər qalxıb.
Qeyd edək ki, sonuncu dəfə 90 dollarlıq hədd 2014-cü ilin oktyabr ayında keçilmişdi.
Bizim.Media