Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Fonddan informasiya verilib.
Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb.
Bizim.Media